“Manifest” qrupunun qurucusu, məşhur prodüser Tolqa Akışın narkotik analizlərinin nəticəsi açıqlanıb.
İsti.press xəbər verir ki, Məhkəmə Tibbi Ekspertizası (Adli Tıp Kurumu) tərəfindən Tolqa Akışdan götürülən qan, sidik və saç nümunələrinin müayinəsi tamamlanıb.
Ekspertizanın nəticələrinə əsasən, onun orqanizmində hər hansı narkotik maddənin izinə rast gəlinməyib. Analizlərin nəticəsi mənfi çıxıb.
