Populyar müğənni Xatun Özbəkistana səfəri zamanı diqqətçəkən anlarla yadda qalıb.
İsti.press xəbər verir ki, sənətçi ölkədə keçirilən tədbirlərdən birində beynəlxalq mükafata layiq görülüb. Bundan başqa, Xatun Özbəkistanın bir sıra aparıcı televiziya kanallarının efirinə dəvət olunaraq qonaq olub.
Müğənninin “Daşənd TV” kanalındakı çıxışı isə sosial şəbəkələrdə geniş marağa səbəb olub. Onun efirdəki görüntüləri qısa müddətdə yayılaraq istifadəçilərin diqqətini çəkib.
