Müğənni Samir Bağırov həyat tərzində etdiyi dəyişiklikdən danışıb.
İsti.press xəbər verir ki, sənətçi “Sevilən səhər” proqramında əvvəllər efirlərə gecikdiyini və çox yatdığını bildirib.
“Pandemiyadan sonra o qədər dəyişdim ki, indi 6-7, ən gec 8-də oyanıram. Bir də Aygün Kazımova belə tez oyanır”, – deyə Samir Bağırov bildirib.
Müğənni haqqında yayılan xəbərlərə və efirlə bağlı söz-söhbətlərə əvvəlki kimi həssas yanaşmadığını da qeyd edib.
