Xalq artisti Röya Ayxan və müğənni Elnur Məmmədov həmkarları Natavan Həbibinin anası Nərgiz xanımın doğum günü münasibətilə keçirilən məclisdə bir araya gəliblər.
İsti.press xəbər verir ki, sənətçilər ailə məclisində birlikdə rəqs edib, mahnı oxuyub və xatirə fotoları çəkdiriblər.
Elnur Məmmədov gecədən görüntüləri sosial media hesabında paylaşaraq məclisdə yaşanan əyləncəli anları nümayiş etdirib.
Röya Ayxan isə paylaşımında “Dostlar bir arada, ailə məclisində. Dostlar harada olmalıdır?” sözlərini yazıb.
