Mərhum deputat Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva onun vəfatının üçüncü ildönümü ilə bağlı paylaşım edib.
İsti.press xəbər verir ki, Kəmalə Paşayeva sosial media hesabında bacısı ilə bağlı duyğusal sözlər yazıb.
O, Qənirə Paşayevanın yalnız bacısı deyil, həm də sirdaşı və həyat müəllimi olduğunu bildirib. Kəmalə Paşayeva qeyd edib ki, bacısı həyatını Vətəninə, xalqına və türk dünyasına xidmətə həsr etmişdi.
Qeyd edək ki, Qənirə Paşayeva 2023-cü ildə səhhətində yaranan ciddi problemlər səbəbilə müalicə aldığı xəstəxanada vəfat edib.
