2026-cı il “MTV Video Music Awards” mükafatlarının sahibləri bəlli olub.
İsti.press xəbər verir ki, gecədə bir sıra məşhur ifaçılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
“İlin videosu” mükafatını Teylor Svift “The Fate of Ophelia” klipi ilə qazanıb. “İlin artisti” seçilən Madonna eyni zamanda “Ən yaxşı albom”, “Ən yaxşı rəqs” və “Ən yaxşı uzunmetrajlı video” nominasiyalarında da qalib olub.
BTS “İlin mahnısı”, “Ən yaxşı K-pop” və “Ən yaxşı qrup” mükafatlarına layiq görülüb. “Ən yaxşı yeni artist” nominasiyasında isə Siena Spayro qalib seçilib.
