Türkiyəli müğənni Özcan Dənizin ailəsində yaşanan gərginlik davam edir.
İsti.press xəbər verir ki, sənətçinin qardaşı Ercan Dəniz və bacısı Yurda Dəniz digər bacıları Sibel Dəniz Semercini təhqir etdiyi iddiası ilə məhkəməyə verib.
Şahid qismində ifadə verən Özcan bacısının dediklərinin təhqir olmadığını bildirib.
“Yersiz və haqsız şikayətdir. Bacımın dedikləri təhqir deyil. O, anamızı və kiçik bacımızı qorumaq məqsədilə belə reaksiya verib”, – deyə müğənni bildirib.
