Türkiyəli müğənni Hadisə qalmaqal yaşadığı bacısı Hülya Açıkgözdən danışıb.
İsti.press xəbər verir ki, ifaçı “ABtalks”a müsahibəsində bacısından söz açaraq göz yaşlarına hakim ola bilməyib:
“Aramızda fikir ayrılığı yarandı, lakin bu barədə danışa bilmərəm. Çünki belə məsələləri ictimaiyyətlə müzakirə etməmək barədə razılaşmışıq. Artıq danışmasaq da, mən onu sevirəm.
Yaşadığım travmalarla bağlı mütəxəssis terapevtdən dəstək aldım. Həyatımın özümü inanılmaz dərəcədə tənha hiss etdiyim çox çətin bir dövrü idi. Ailəmizdə ciddi problemlər yaşayırdıq. Hətta anamla da əvvəlki kimi görüşmürdüm. Bu barədə indiyədək heç vaxt danışmamışdım.
Aramızdakı münasibətlər yaxşı olmasa da, mən hər zaman anamın yanında olacağam”.
