Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi, rəssam Əkrəm Tağıyev 77 yaşında vəfat edib.
İsti.press xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb.
Qeyd edək ki, Ə.Tağıyev Xalq rəssamı Tağı Tağıyevin oğlu olub. Rəssamın əsərlərində əsasən mənzərə, portret və natürmort janrlarına yer verilib.
