Türkiyəli müğənni və aktyor Mahsun Kırmızıgül jurnalistlərin suallarını cavablandırıb.
İsti.press xəbər verir ki, sənətçi qızı tərəfindən öldürüldüyü bildirilən müğənni Güllü ilə bağlı danışıb və ailə dəyərlərinin vacibliyini vurğulayıb.
“Bu məsələ məhkəmədədir. Ailə çox önəmlidir”, – deyə M.Kırmızıgül bildirib.
Sənətçi məktəblərdə tədris olunan “Din və əxlaq” dərsi ilə bağlı da fikirlərini bölüşüb. O, din dərsinin saxlanılmasını, əxlaq hissəsinin isə götürülməsini təklif edib.
