“Avroviziya” təmsilçimiz Fərid Məmmədov yeni paylaşımı ilə diqqət çəkib.
İsti.press xəbər verir ki, müğənni “On My Soul” mahnısını canlı ifa edərək görüntüləri sosial şəbəkədə paylaşıb.
“Salam, Bakı! Bu mahnı ruhu ilə dinləyən hər kəsə getsin”, – deyə F.Məmmədov yazıb.
Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ildə “Avroviziya”da Azərbaycanı təmsil edərək ikinci yeri tutub. Yarışmadan sonra ailə quraraq ABŞ-yə köçüb.
