Fransada oktyabrın 17-də keçirilən etiraz aksiyaları zamanı baş verən qarət və yanğınlar lüks moda dünyasına da zərər vurub.
İsti.press xəbər verir ki, Paris, Lion və Marsel şəhərlərində “Louis Vuitton”, “Christian Dior”, “Hugo Boss” və “Kenzo” kimi məşhur brendlərin mağazaları hücumlara məruz qalıb. Vitrinlər sındırılıb, mağazalardakı məhsullar talan edilib.
Məlumata görə, ölkə üzrə təxminən 1500 müəssisəyə ziyan dəyib. Ümumi maddi itkinin yüz milyonlarla avronu keçəcəyi bildirilib.
Dünyanın məşhur lüks moda markalarından olan “Louis Vuitton”un mağazaları da hadisələr zamanı zərər görüb. Marseldə brendin mağazasının sındırılmış vitrinini əks etdirən görüntülər yayılıb. Lionda da mağazanın talan edildiyi bildirilib.
