Əməkdar artist Almaz Ələsgərova bəzi həmkarlarının geyim və davranışlarını tənqid edib.
İsti.press xəbər verir ki, müğənni bu barədə “Meqa şou” verilişində danışıb.
“Müğənniyə pis sözlər yazırlar, tənqid edirlər. Amma o müğənni bunu özü qazanıb”, – deyə Almaz Ələsgərova bildirib.
O, bəzi sənətçilərin açıq-saçıq geyimlərinə münasibət bildirərək tamaşaçıların da bu cür hallara reaksiya verməsinin normal olduğunu deyib:
“Ekranın o biri tərəfindən baxırsan, yaşlı xanımdır oturub. Açıq-saçıq geyinsən, əlbəttə ki, onun xoşuna gəlməyəcək. O da xanım kimi fikrini yazacaq. Demək istədiyim budur ki, ay müğənnilər, çalışın yaxşı sözləri özünüz qazanasınız. Elə vəziyyətə gətirib çıxarmayın ki, sizin barənizdə belə fikirlər yazılsın. Əndazəni saxlamaq, hər bir şeydə gözəlliyi qorumaq lazımdır”.
Əməkdar artist əlavə edib ki, sənətçilər tamaşaçıların reaksiyasını da nəzərə almalıdırlar:
“Sonra da çıxıb deyirlər ki, “Mən yaxşı elədim bunu geyindim, belə etdim”. Tamaşaçı da başlayır tənqid etməyə. Belə olmaz”.
