Aparıcı Zaur Baxşəliyev sosial media paylaşımı ilə diqqət çəkib.
İsti.press xəbər verir ki, teleaparıcı paylaşımında insanların ruzisinin Allah tərəfindən necə bölüşdürüldüyündən söz açıb. O, səhər tezdən bunun şahidi olduğunu və yaşadıqlarının onu duyğulandırdığını bildirib.
Zaur Baxşəliyev insan həyatında baş verən bəzi hadisələrin ruzinin və qismətin hər kəsə fərqli şəkildə nəsib olduğunu göstərdiyini vurğulayıb.
Aparıcının duyğusal anlarını əks etdirən paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb.
