Müğənni Tacir Şahmalıoğlu öd kisəsində yaranan problemlə əlaqədar keçirdiyi əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb.
İsti.press xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşım edərək səhhəti ilə bağlı narahatlıq keçirən və ona dua edən şəxslərə təşəkkürünü bildirib.
Tacir Şahmalıoğlu xalqın dualarının ona mənəvi dəstək olduğunu qeyd edib: “Gözəl millətimin sonsuz duaları nəticəsində ayağa qalxdım. Buna görə xalqımın qarşısında baş əyirəm. Hər birinizə təşəkkür edirəm. Sizin dualarınız sayəsində sağaldım”.
Qeyd edək ki, müğənni şəkərli diabetdən də əziyyət çəkir. Xəstəlik səbəbindən onun xeyli çəki itirdiyi bildirilir.
