Türkiyənin məşhur cütlüyü Sude Burcu və Mert Öcal valideyn olub.
İsti.press xəbər verir ki, cütlüyün qızı dünyaya gəlib. Onlar körpələrinə Mira adını veriblər.
Qeyd edək ki, Mert Öcal və Sude Burcu “Survivor 2022” yarışmasının iştirakçıları olublar. Onlar yarışma başa çatdıqdan bir müddət sonra münasibətə başlayıblar.
Mert Öcal son olaraq “Sen Çal Kapımı” serialında rol alıb. Cütlük 2024-cü ildə ailə qurub.
