Paris Moda Həftəsində növbəti diqqətçəkən görüntü Sümeyyə Aydoğandan gəlib.
İsti.press xəbər verir ki, gənc aktrisa moda həftəsi çərçivəsində ispan aktrisa Ester Expósito ilə bir araya gəlib. İkili qara geyimdə kamera qarşısına keçərək birlikdə foto çəkdirib. Sümeyyə həmin görüntünü sosial media hesabında paylaşdıqdan sonra izləyicilərdən çoxsaylı şərhlər alıb.
Onların fotosu da sosial şəbəkələrdə geniş müzakirə olunub.
