Türkiyəli tanınmış müğənni, aparıcı Seda Sayan həyat yoldaşı Çağlar Öktənlə birlikdə İtaliyaya gedib.
İsyi.press xəbər verir ki, məşhur müğənni bu dəfə həyat yoldaşı ilə birlikdə istirahətindən paylaşdığı romantik foto ilə diqqət çəkib.
İtaliyada dincələn cütlük səmimi anlarını sosial media hesablarında izləyiciləri ilə bölüşüb. Onların romantik görüntüləri qısa müddətdə gündəm olub və izləyicilərdən çoxsaylı rəylər alıb.
Qeyd edək ki, Seda Sayan və özündən 25 yaş kiçik Çağlar Öktən 2022-ci ildə ailə qurublar.


