Rusiyalı müğənni Oleq Qazmanovun 22 yaşlı qızı Marianna ailə qurub.
İsti.press xəbər verir ki, Marianna iyulun 1-də Maksim adlı şəxslə evlənib. Cütlük Moskvanın Qriboyedov adına nikah sarayında rəsmi nikaha daxil olub. Bəyin nüfuzlu iş adamının oğlu olduğu bildirilib. Lakin onun şəxsiyyəti barədə ətraflı məlumat açıqlanmayıb.
Müğənninin həyat yoldaşı Marina Qazmanova yalnız indi sosial şəbəkədə toy mərasimindən fotolar paylaşıb.
