By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İsti Pressİsti Press
  • Əsas səhifə
  • İsti
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • İdman
  • İqtisadiyyat
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Texnologiya
  • Bizi izlə
Reading: Noyabrda bəzi bölgələrdə yağış normadan çox olacaq – Hava necə keçəcək?
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İsti Pressİsti Press
  • Əsas səhifə
  • İsti
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • İdman
  • İqtisadiyyat
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Texnologiya
  • Bizi izlə
  • Əsas səhifə
  • İsti
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • İdman
  • İqtisadiyyat
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Texnologiya
  • Bizi izlə
Follow US
  • Advertise
Home » Blog » Noyabrda bəzi bölgələrdə yağış normadan çox olacaq – Hava necə keçəcək?
Cəmiyyət

Noyabrda bəzi bölgələrdə yağış normadan çox olacaq – Hava necə keçəcək?

Bənövşə
Last updated: Oktyabr 30, 2026 3:54 axşam
By
Bənövşə
4 Min Read
Share
SHARE

Noyabr ayında va bəzi ərazilərdə aylıq yağıntının miqdarı iqlim normasından çox olacaq.

Milli Hidrometeorologiya Xidmətindən İsti.press-ə verilən məlumata əsasən, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enir.

Bu il noyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 10-15, gündüzlər 16-21 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 28-38 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 14-19 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 18-28 mm) ehtimal olunur.

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 5-9°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 1-5 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 27-34 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 3-8 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 2-5 dərəcə isti olacağı ehtimal olunur. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-35 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 7-12, gündüzlər 15-20 dərəcə isti olacağı ehtimal olunur. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 15-24 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9, gündüzlər 15-20, bəzi günlərdə 8-13 dərəcə isti, dağlarda gecələr 1-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 29-73 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 9-14, gündüzlər 16-21, bəzi günlərdə 24 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 25-45 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 7-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 9-14, gündüzlər 15-20, dağlarda gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 1-4 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 55-170 mm).

Sürücülərə xəbərdarlıq: Bu yolda hərəkət sxemi dəyişdirildi 
11 gün iş olmayacaq – Tarixlər açıqlandı
Bakıda üç gecə ardıcıl bu yol qovşağında hərəkət məhdudlaşdırılacaq
Pensiyaların ödəniləcəyi tarix açıqlandı
Sabah 31 dərəcə isti olacaq
Share This Article
Facebook Telegram Print
Share
Previous Article Sabah Bakıya və rayonlara yağış yağacaq
Next Article Bakıda uşaq bağçasında zorakılıq iddiası: Cinayət işi açıldı
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Latest News

“Bizimkilər “Trendyol”a qoşulandan “zayı” çıxdı”
Maqazin
Şafak Sezerin son halı bəyənilmədi
Maqazin
Lara Aslan yeni seriala çəkilir
Maqazin
Günay İbrahimlinin yeni görünüşü diqqət çəkdi
Maqazin
//

İsti.press gündəmi fərqli baxış bucağı ilə təqdim edən müasir xəbər platformasıdır. Sayt oxucularına maraqlı, dinamik və diqqətçəkən məzmun təqdim etməyi hədəfləyir.

Sosial şəbəkədə bizə qatıl

İsti.press © 2026 Xəbər Agentliyi
Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?