Türkiyəli aktrisa Nebahat Çehre sağlam həyat tərzi ilə bağlı tövsiyələrini bölüşüb.
İsti.press xəbər verir ki, aktrisa gözəl görünməyin əsas şərtinin düzgün qidalanma olduğunu bildirib:
“İlk növbədə qidalanma gəlir. Gözəllik daxildən xaricə əks olunan bir şeydir. Həqiqətən sağlam insansınızsa, yaxşı görünürsünüz. Gün ərzində 15 dəqiqə gözəllik yuxusuna gedirəm. Həyatımda stressdən, gərginlikdən və münaqişələrdən uzaq dururam.
Yaxşı dostlar dərman kimidir. Çox şükür ki, həyatda güvənə biləcəyim yaxşı dostlarım var”.
