Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandalın adı İstanbulda aparılan fond araşdırmasında hallanıb.
İsti.press xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun araşdırması çərçivəsində Melis Sandalın adı barəsində tədbir görülməsi tələb olunan şəxslər arasında yer alıb.
İddialara görə, o, iyulun 1-dən sentyabrın 16-dək ləğv edilməsi qərara alınan fondlardan 11 milyard 126 milyon lirədən çox vəsait çıxarıb. Onun hesabındakı təxminən 250 milyon lirəyə də məhdudiyyət qoyulduğu bildirilib.
Melis Sandalın vəkili iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb. Mustafa Sandal isə məsələ ilə əlaqəsinin olmadığını və 32 ildir yeganə gəlirinin musiqidən olduğunu bildirib.
