Xalq artisti Murad Dadaşov ötən il vəfat edən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb.
İsti.press xəbər verir ki, Dadaşov “Sabahın xeyir, Azərbaycan” proqramında Cabirin ölümü ilə barışa bilmədiyini bildirib.“Cabirlə vidalaşmamışam, onu hələ yola salmamışam. Qəbirüstünə getməmişəm. Getsəm, barışacağam ki, Cabir yoxdur. Cabirə çox ehtiyacım var”, – deyə sənətçi bildirib.
