By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İsti Pressİsti Press
  • Əsas səhifə
  • İsti
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • İdman
  • İqtisadiyyat
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Texnologiya
  • Bizi izlə
Reading: Məktəbdə jurnalistin hücuma məruz qalmasına Mətbuat Şurasından REAKSİYA
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İsti Pressİsti Press
  • Əsas səhifə
  • İsti
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • İdman
  • İqtisadiyyat
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Texnologiya
  • Bizi izlə
  • Əsas səhifə
  • İsti
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • İdman
  • İqtisadiyyat
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Texnologiya
  • Bizi izlə
Follow US
  • Advertise
Home » Blog » Məktəbdə jurnalistin hücuma məruz qalmasına Mətbuat Şurasından REAKSİYA
Cəmiyyət

Məktəbdə jurnalistin hücuma məruz qalmasına Mətbuat Şurasından REAKSİYA

Bənövşə
Last updated: Oktyabr 29, 2026 2:45 axşam
By
Bənövşə
2 Min Read
Share
SHARE

Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub.

İsti.press xəbər verir ki, bu barədə Mətbuat Şurasının açıqlamasında deyilir.

Bildirilib ki, belə hadisələr təbii olaraq ictimaiyyətin diqqət mərkəzində olur, baş verənlərin səbəbləri, məsuliyyət məsələləri və gələcəkdə oxşar halların qarşısının alınması ilə bağlı suallar yaradır. Bu baxımdan media nümayəndələrinin olayla maraqlanmaları, ictimaiyyətin informasiya ehtiyacının qarşılanmasına çalışmaları jurnalist missiyanın tərkib hissəsidir.

Azərbaycan Mətbuat Şurası “Real TV”nin əməkdaşlarının qeyd olunan hadisə ilə bağlı peşə fəaliyyətlərini həyata keçirərkən fiziki təzyiqlə üzləşmələrini yolverilməz hesab edir. Şura bildirib ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə maneələrin yaradılması, onlara qarşı fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir:

“Hər hansı mübahisə və narazılıq yarandığı halda belə, məsələnin həlli zorakılıqla deyil, qanunvericiliyin tələblərinə və qarşılıqlı hörmət prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir”. Azərbaycan Mətbuat Şurası eyni zamanda vurğulayıb ki, jurnalistlərin peşə fəaliyyətlərinin sərbəstliyi və ictimaiyyətin informasiya əldə etmək hüququ ilə yanaşı, faciəli hadisələrin işıqlandırılmasında, xüsusilə azyaşlılar və yeniyetmələrin iştirakı ilə bağlı insidentlər zamanı peşə etikası və xüsusi həssaslıq prinsipləri ciddi şəkildə gözlənilməlidir.

“Mətbuat Şurası ümid edir ki, baş vermiş insidentin bütün halları obyektiv və hərtərəfli araşdırılacaq, hadisə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət veriləcək”, – açıqlamada deyilir.

“Roşka” ləqəbli tiktokerə hökm oxundu
Toy günü bəylə gəlinin rəqsi viral oldu
Bakıda narıncı, bölgələrdə sarı xəbərdarlıq verildi
Sabah yağış yağacaq
“Təmiz hava” aylığı: DYP avtomobilləri yoxlayır, sürücülərə xəbərdarlıq edir
Share This Article
Facebook Telegram Print
Share
Previous Article “Oskar”a namizəd olan aktrisa 95 yaşında vəfat etdi
Next Article Sibel Canın lüks avtomobilinə həbs qoyuldu
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Latest News

Elçinin Dubay tətili – FOTOLAR
Uncategorized
Sabah hava necə olacaq?
Cəmiyyət
“Bizimkilər “Trendyol”a qoşulandan “zayı” çıxdı”
Maqazin
Dinozavr skeleti 47,3 milyon dollara satıldı
Dünya
//

İsti.press gündəmi fərqli baxış bucağı ilə təqdim edən müasir xəbər platformasıdır. Sayt oxucularına maraqlı, dinamik və diqqətçəkən məzmun təqdim etməyi hədəfləyir.

Sosial şəbəkədə bizə qatıl

İsti.press © 2026 Xəbər Agentliyi
Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?