Paparatsilər İtaliyada yaxtada istirahət edən müğənni Kristina Agileranı nişanlısı Metyu Ratlerlə birlikdə görüntüləyiblər.
İsti.press xəbər verir ki, fotolarda 45 yaşlı müğənninin 41 yaşlı Metyu Ratlerlə dəniz gəzintisindən zövq aldığı görünür. Ratler “MasterClass” şirkətinin rəhbər şəxslərindən biri olmaqla yanaşı, prodüser və investor kimi fəaliyyət göstərir.
Kristina yaxta gəzintisi üçün bədəninə kip oturan ağ top və şalvar seçib. O, gəzinti zamanı nişanlısını qucaqlayaraq səmimi görüntülər yaradıb. Mavi köynək və bej şalvar geyinən Metyu da müğənni ilə yaxın anlar yaşayıb.
