Türkiyəli müğənni İrem Derici ana olmaq arzusu ilə bağlı danışıb.
İsti.press xəbər verir ki, 39 yaşlı sənətçi gələcəkdə övlad sahibi olmaq istədiyini bildirib. O, ana olmaqla bağlı bəzi tərəddüdlərinin olduğunu da etiraf edib.
Derici yumurtalarını dondurmağı düşündüyünü, lakin prosedurun baha olması səbəbindən bu qərarından vaz keçdiyini söyləyib.
Müğənni gələcəkdə necə ana olacağı barədə də düşündüyünü deyib:
“Uşaq planım var. Mən istəyirəm, çox istəyirəm. Amma həqiqətən yaxşı ana ola biləcəyəmmi? Anam kimi olsam, dünyanın ən yaxşı anası olaram. Hər şey qismətdir”.
