Türkiyəli aktrisa Hande Erçel Milanda keçirilən “Vogue World 2026” tədbirində iştirak edib.
İsti.press xəbər verir ki, “Vogue Turkey”in xüsusi qonağı olan aktrisa tədbiri moda dünyasının tanınmış simaları ilə birlikdə ön sıradan izləyib. Onun görünüşü gecə ərzində kameraların diqqətindən yayınmayıb.
Hande Erçel tədbir üçün “Dolce&Gabbana” imzalı ağ libas seçib. Tül və korset detalları ilə seçilən geyimi sadə aksessuarlarla tamamlayan aktrisanın obrazı izləyicilər tərəfindən də bəyənilib.
Erçelin geyindiyi libasın “Dolce&Gabbana”nın 2024-cü il yaz-yay kolleksiyasından olduğu bildirilib.

