By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İsti Pressİsti Press
  • Əsas səhifə
  • İsti
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • İdman
  • İqtisadiyyat
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Texnologiya
  • Bizi izlə
Reading: Erməni rəqqas Arsen Aqamalyan 37 ildən sonra Bakıya gəlir
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İsti Pressİsti Press
  • Əsas səhifə
  • İsti
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • İdman
  • İqtisadiyyat
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Texnologiya
  • Bizi izlə
  • Əsas səhifə
  • İsti
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • İdman
  • İqtisadiyyat
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Texnologiya
  • Bizi izlə
Follow US
  • Advertise
Home » Blog » Erməni rəqqas Arsen Aqamalyan 37 ildən sonra Bakıya gəlir
Cəmiyyət

Erməni rəqqas Arsen Aqamalyan 37 ildən sonra Bakıya gəlir

Bənövşə
Last updated: Oktyabr 30, 2026 4:17 axşam
By
Bənövşə
3 Min Read
Share
SHARE

Bal rəqsləri üzrə ikiqat dünya və üçqat Avropa çempionu Arsen Aqamalyan “Azerbaijan Dance Festival 2026” beynəlxalq festivalında iştirak edəcək.

İsti.press xəbər verir ki, rəqqas bu haqda sosial şəbəkədə paylaşım edib. O yazıb ki, Bakıda anadan olub. Aqamalyan paytaxtımıza həyat yoldaşı Oksana Vasilyeva ilə birlikdə gəldiyini əlavə edib:

“Bakıya – atamın anamla tanış olduğu və ona aşiq olduğu şəhərə uçuram. Onlar idman fakültəsində oxuyublar: atam futbolçu idi (erməni, Qarabağın Ağdərə rayonundan gəlmişdi), anam isə idman gimnastikası ilə məşğul olurdu (bakılı rus).

Mən atamla anamın gənc və xoşbəxt olduğu şəhərə uçuram. Doğulduğum, bacım Rənanın dünyaya gəldiyi şəhərə… Pafosla yaza bilərdim ki, ora öz övladlarımız naminə, gələcəkdə mənim uşaqlarımın və azərbaycanlı uşaqların müharibə etməməsi üçün kiçik də olsa, töhfə verməyə gedirəm. Yaza bilərdim ki, dekabrın 1-də Ermənistanda keçiriləcək Dünya Rəqs Çempionatına görə Azərbaycana gedirəm. Həmin yarışda, şübhəsiz ki, Azərbaycanı təmsil edən rəqqaslar da iştirak edəcəklər. Erməni olaraq dünya çempionatına bir ay qalmış Azərbaycana gedirəm ki, göstərim: biz rəqs, incəsənət vasitəsilə ünsiyyət qura bilərik”.

Rəqqas bildirib ki, 2 yaşına qədər Azərbaycanda yaşayıb:

“Sonra isə atamın vətəni olan Xankəndiyə, Qarabağa köçmüşük. Köçümüz sonradan baş verən hadisələrlə bağlı deyildi. Daha sonra münaqişə, gərginlik, atəşə tutmalar, blokada və 1992-ci ildə Ermənistana, Rusiyaya gedən yolun açılması baş verdi. Valideynlərim bizi oradan çıxardılar. Hamını yox… Orada bir yaşlı qardaşım vəfat etdi. Bu, anam üçün həlledici qərar oldu: getmək və bir daha geri qayıtmamaq. Amma bütün bunlar sonradan baş verdi…

O vaxta qədər isə hər yay bizi Bakıya, ulu nənəmiz Polinanın və nənəmiz Tayanın yanına gətirirdilər. Həyətimizi xatırlayıram. Dəqiq yadımda deyil, deyəsən, Sabunçuda idi. Orada uşaqlarla qaçıb oynadığımı xatırlayıram. Deyirlər, onlardan bəziləri hələ də orada yaşayır”.

Arsen bacı və qardaşının Bakıda yaşadığını qeyd edib:

“37 ildir görmədiyim qardaşım və bacımla görüşəcəyəm. Heç vaxt görmədiyim bacı-qardaşım uşaqları ilə tanış olacağam. Bir vaxtlar həyətdə birlikdə qaçıb oynadığım insanlarla görüşəcəyəm. Anam rusdur, onun tərəfindən olan qohumlarımız Bakıda qalıb.

Beş il ərzində mənə “Azerbaijan Dance Festival 2026” tədbirindən dəvət gəlirdi. (Bu möhtəşəm tədbirin təşkilatçıları haqqında ayrıca yazacağam). Beş il dəvətlərdən imtina etdim. Altı ay əvvəl dəvət yenidən gəldi və ilk dəfə düşünəcəyimi bildirdim.

Amma birdən anladım ki, özüm də bunu istəyirəm. Daxilimdə ora gəlmək istəyirəm. Rəqs etmək istəyirəm

Qarabağ, mənim şəhərim, yaşadığım yer haqqında düşüncələrim dəyişməzdir”.

Rəqqas daha sonra Bakıdan foto paylaşıb.

Sabahın hava proqnozu açıqlanıb
Anar Bayramov səhiyyə naziri təyin edildi
Bakıda üç gecə ardıcıl bu yol qovşağında hərəkət məhdudlaşdırılacaq
Azərbaycanda qadınlar 24, kişilər 28 yaşda evlənir
BDYPİ-dən sürücülərə xəbərdarlıq
Share This Article
Facebook Telegram Print
Share
Previous Article Firəngiz Mütəllimova arxiv fotosunu paylaşdı – İzləyicilərinə təşəkkür etdi
Next Article 32 yaşlı rusiyalı rəssam Emma Reznikova vəfat etdi
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Latest News

Günay İbrahimlinin yeni görünüşü diqqət çəkdi
Maqazin
Moskva-Bakı kruiz səfərləri başlayır
Maqazin
Kəmalə Günəşlinin canlı ifası müzakirə yaratdı
Maqazin
Bakıda sabah 20 dərəcə isti olacaq
Cəmiyyət
//

İsti.press gündəmi fərqli baxış bucağı ilə təqdim edən müasir xəbər platformasıdır. Sayt oxucularına maraqlı, dinamik və diqqətçəkən məzmun təqdim etməyi hədəfləyir.

Sosial şəbəkədə bizə qatıl

İsti.press © 2026 Xəbər Agentliyi
Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?