Əməkdar artist Dilarə Əliyeva valideynləri ilə bağlı duyğusal paylaşım edib.
İsti.press xəbər verir ki, aktrisa anasının arxiv fotosunu sosial şəbəkə hesabında yayımlayaraq onun gənclik illərinə aid olduğunu bildirib.
“Burada anam cavandır, indi isə saçları ağarıb”, – deyə Dilarə Əliyeva yazıb.
Aktrisa mərhum atasının fotosunu da paylaşaraq onunla bağlı kövrək sözlər söyləyib: “Atamın isə ağ saçlarını görmək qismət olmadı. Ruhun şad olsun, ata”.

