Türkiyəli müğənni Derya Uluğ imicində dəyişiklik edib.
İsti.press xəbər verir ki, uzun müddət qəhvəyi saç rənginə üstünlük verən sənətçi saçlarını sarıya boyadıb.
Derya Uluğ yeni görünüşünü sosial media hesabında paylaşaraq izləyicilərinin diqqətini çəkib. Müğənni sarı saçları ilə konsertə də çıxıb və həmin anlardan görüntüləri izləyiciləri ilə bölüşüb.
Onun yeni imici qısa müddətdə çoxsaylı bəyənmə və şərhlə qarşılanıb.
Uluğun sarı saçları xüsusilə “Fənərbağça” azarkeşlərinin diqqətini çəkib. İzləyicilər müğənninin yeni saç rəngini komandanın sarı-mavi rəngləri ilə əlaqələndiriblər.
