Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb.
İsti.press xəbər verir ki, sənətçi oğlunun yola düşdüyü anları əks etdirən video paylaşaraq ona uğurlar arzulayıb.Damla oğlunun təhsili üçün Amerikaya getdiyini və özü onunla birlikdə gedə bilmədiyini bildirib.Qeyd edək ki, ifaçı daha əvvəl ABŞ səfirliyinin ona viza vermədiyini və bu səbəbdən Amerikada təhsil alan oğlunu aylarla görə bilmədiyini açıqlamışdı.
