Çin hökuməti ölkədə populyarlaşan mikro-dramalara nəzarəti gücləndirib.
İsti.press xəbər verir ki, Dövlət Radio və Televiziya Administrasiyası bu məzmunlarla bağlı iki aylıq xüsusi yoxlama kampaniyasına başlayıb.
Yoxlama zamanı uşaqlara zərərli məzmun, seksual səhnələr, zorakılıq, xurafat və dəbdəbəli həyat tərzinin təbliği ilə bağlı süjetlərə xüsusi diqqət yetiriləcək. Eyni zamanda, “varlı qız-kasıb oğlan” və əksinə mövzulu, zəngin həyatın həddindən artıq təbliğ edildiyi seriallara da məhdudiyyətlər tətbiq olunacaq.
Platformalardan problemli məzmunları yayımından çıxarmaları və zəruri düzəlişlər etmələri tələb olunub.
