Türkiyəli aktrisa Biran Damla Yılmaz haqqında Almaniyada 6 aylıq həbs cəzası verildiyi iddia olunur.
İsti.press xəbər verir ki, Türkiyə mediasında yayılan məlumatlara görə, aktrisanın botoks, dolğu və lazer prosedurlarından yaranan borcu 285 min avroya çatıb.İddialara əsasən, Yılmazın keçmiş sevgilisi Abdurrahman Aydın sözügedən prosedurlar üçün zamin olub. Ödənişlərin həyata keçirilməməsindən sonra icra prosesi başladılıb.
Borcun böyük hissəsinin Aydından tutulduğu, onun isə məsələ ilə bağlı sənədləri Hamburq Türk Konsulluğuna təqdim etdiyi bildirilir. Bundan sonra məsələ məhkəməyə çıxarılıb.
Qeyd edək ki, Biran Damla Yılmaz hazırda “Halef: Köklerin Çağrısı” serialında Yıldız obrazını canlandırır.
