Əməkdar artist Anar Heybətov 50 illik yubileyini səhnədə qeyd edib.
İsti.press xəbər verir ki, aktyor yubileyi münasibətilə Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında hazırlanan tamaşada rol alıb.
A.Heybətov onu təbrik edən hər kəsə təşəkkür edib. O, 50 yaşını səhnədə qeyd etməsinin özü üçün unudulmaz olduğunu bildirib.
