Xalq artisti Alim Qasımovun illər əvvəl iştirak etdiyi toy mərasimindən arxiv görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
İsti.press-in məlumatına görə, görüntülərdə xanəndənin məclisdəki canlı ifası diqqət çəkib. Onun özünəməxsus ifa tərzi və musiqiyə yanaşması izləyicilərin marağına səbəb olub.
Arxiv kadrları Alim Qasımovun illər əvvəlki çıxışını yenidən gündəmə gətirib.
