Məşhur müğənni Ajda Pekkan səhnədə çıxışı zamanı kövrəlib.
İsti.press xəbər verir ki, sənətçi çıxışı zamanı küçə heyvanlarının qorunması və onlara qayğı göstərilməsi ilə bağlı çağırış edib.
Ajda Pekkan heyvanların da sevgi və qayğıya ehtiyacı olduğunu vurğulayaraq, pərəstişkarlarını küçə heyvanlarına dəstək olmağa səsləyib.
Sənətçi bu fikirlərini səsləndirərkən göz yaşlarını saxlaya bilməyib. Onun kövrəlməsi və səsləndirdiyi çağırış gecədə iştirak edənlər tərəfindən alqışlarla qarşılanıb.
