Aktyor Ziya Ağa Akademik Milli Dram Teatrından ayrılmasının səbəbi ilə bağlı suala münasibət bildirib.
İsti.press xəbər verir ki, o, bu barədə “Araz FM”də yayımlanan “Kəşfət” verilişində danışıb.
“Bəzi məsələlər var ki, müəyyən dəyərlərə toxunmaq olmaz. Toxunanda bu, televiziya, mətbuat məsələsi yox, kişilik və mənəviyyat məsələsi olur. Buna başqa cür cavab verilir. Bu barədə də danışılmır” deyə, aktyor bildirib.
