Hollivudun məşhur aktyoru Tom Kruz yeni filmi “Digger”in Londonda keçirilən qala gecəsində Britaniya Kral ailəsinin üzvləri ilə bir araya gəlib.
İsti.press xəbər verir ki, gecənin diqqətçəkən anlarından biri aktyorun Uels şahzadəsi Keyt Middltonun pilləkənlərdən enməsinə kömək etmək üçün əlini uzatması olub.
Şahzadə Keyt də Kruzun əlindən tutaraq pilləkənləri onunla birlikdə enib. Bu görüntülər Britaniya mətbuatında kral protokolu ilə bağlı müzakirələrə səbəb olub.
Qala gecəsi Böyük Britaniyanın kino və televiziya sektorunda çalışan insanlara dəstək verən “Film and TV Charity” təşkilatının xeyrinə keçirilən “Royal Film Performance” tədbiri çərçivəsində təşkil olunub.
Qırmızı xalçada Tom Kruz, şahzadə Uilyam və Keyt Middltonun səmimi görüntüləri də diqqət çəkib. Üçlünün gecə ərzində mehriban söhbət etdiyi görülüb. Kruz şahzadə Uilyamın geyimini də bəyənərək ona “Gözəl pencəkdir” deyə kompliment edib.
Tom Kruzun Keyt Middltona əl uzatması isə ənənəvi kral etiketi qaydalarını yenidən gündəmə gətirib. Qaydalara əsasən, kral ailəsinin üzvləri ilə fiziki təmasın qarşı tərəfin əl uzatmasından sonra baş verməsi gözlənilir.
Bununla belə, bu yanaşmanın rəsmi və məcburi qaydadan daha çox ənənəvi kral etiketi hesab edildiyi bildirilir.
