“Victoria’s Secret”in ən məşhur mələklərindən olan 45 yaşlı model Adriana Lima Madrid Moda Həftəsində görüntülənib.
İsti.press xəbər verir ki, braziliyalı model Reina Sofia Muzeyində keçirilən bağlanış mərasiminə qara, kürəyi açıq libasda qatılıb.
Lima saçlarını arxaya yığaraq hamar at quyruğu formasında düzəldib. Onun seçimi əzələli qollarını və üz cizgilərini ön plana çıxarıb.
Modelin yeni görüntüləri sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bir çox pərəstişkarı Limanın əvvəlki görünüşünə qayıtdığını düşündüklərini yazıb.
Qeyd edək ki, 2023-cü ildə Adriana Limanın üzündəki nəzərəçarpan dəyişikliklər diqqət çəkmiş və modelin görünüşü geniş müzakirə olunmuşdu. Lima həmin dövrdə ünvanına səsləndirilən tənqidlərə sərt reaksiya vermişdi.

