Moskva məhkəməsi rusiyalı bloger Yuri Dudu terrorçuluğa çağırış ittihamı ilə qiyabi həbs edib.
İsti.press xəbər verir ki, “Shot” teleqram kanalı blogerin iki daşınmaz əmlakının dövlətin xeyrinə müsadirə edilə biləcəyini yazıb. Söhbət 26 milyon rubl dəyərində mənzil və 75 milyon rubl qiymətləndirilən evdən gedir.
Qeyd edək ki, Yuri Dud 2022-ci ildə Ukraynadakı müharibəyə qarşı çıxaraq Rusiyanı tərk edib.
