Uzun müddətdir ABŞ-də yaşayan keçmiş aktyor Tolqa Karel Türkiyədəki vəziyyətlə bağlı paylaşım edib.
İsti.press xəbər verir ki, aktyor ölkədə korrupsiya və oğurluq hallarının artdığını iddia edərək buna etirazını bildirib.
“8 ildir Türkiyədə yaşamıram, amma qəlbim hər zaman o torpaqlar üçün döyünüb. Lakin bütün səmimiyyətimlə deyəcəyim bir şey var: siz nə vaxt ölkədən vaz keçdiniz? Siz nə vaxt bu qədər oğru oldunuz? Siz nə vaxt millət olmaqdan imtina etdiniz?” – deyə Karel yazıb.
