Müğənni Natavan Həbibi sosial şəbəkə hesabında yeni fotolarını paylaşıb.
İsti.press xəbər verir ki, şəxsi həyatı və özü ilə bağlı paylaşımları ilə tez-tez gündəmə gəlməyən sənətçinin son görüntüləri diqqət çəkib.
Fotolarda Natavan Həbibinin əvvəlki görünüşündən fərqli olduğu nəzərə çarpıb. Müğənninin xeyli çəki itirdiyi və saçlarını qısaltdığı görülüb.
Sənətçinin yeni imici sosial şəbəkə istifadəçilərinin də diqqətini çəkib.
