Formula 1 Azərbaycan Qran-Prisində iştirak etmək üçün Bakıya gələn dünyaca məşhur model Naomi Kempbell Bakıdan yeni paylaşım edib.
İsti.press xəbər verir ki, supermodel “Instagram” hesabında Bakıda çəkilmiş görüntülərini izləyiciləri ilə bölüşüb.
Məşhur model paylaşdığı kadrlara “Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” sözlərini əlavə edərək paytaxtımıza olan heyranlığını ifadə edib.
Paylaşım qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb.
