Milandakı Viktor Emmanuel II qalereyasında Moda Həftəsinin başlanğıcına həsr olunan ənənəvi “Vogue World: Milano” şousu keçirilib.
İsti.press xəbər verir ki, tədbirdə moda dünyasının tanınmış simaları ilə yanaşı, bir çox məşhur sənətçi də iştirak edib. Gecənin qonaqları arasında Monika Belluççi, Cennifer Lopez, Pamela Anderson, Naomi Kempbell, Dakota Conson, Haydi Klum, Naomi Uotts, Siara, Anna Vintur və Hande Erçel yer alıb.
Bu ilki “Vogue World” tədbirinin mövzusu “Gələcəyin əllə yaradıldığı yer” (“Where the Future is Made by Hand”) olub.









