“Lerçek” kimi tanınan rusiyalı bloger Valeriya Çekalina xəstəxanaya yerləşdirilib.
İsti.press xəbər verir ki, mədə xərçənginin sonuncu mərhələsi ilə mübarizə aparan 33 yaşlı bloger ağrılarının yenidən artması səbəbindən onkoloji mərkəzə müraciət edib.Valeriya Çekalina sosial media hesabında səhhəti barədə məlumat verərək artıq yeriyə bilmədiyini və əlil arabasının köməyi ilə hərəkət etdiyini bildirib.
Qeyd edək ki, martın 13-də Çekalina kimyaterapiya kursuna başlamaq üçün xəstəxanaya yerləşdirilib. Blogerdə əlavə olaraq beyin şişi də aşkarlanıb. Şişin xoşxassəli olduğu, lakin toxumalara təzyiq göstərdiyi üçün davamlı baş ağrılarına səbəb olduğu bildirilib.
Xəstəliyi səbəbindən prokurorluq tərəfindən 250 milyon rublun BƏƏ-yə çıxarılması ilə bağlı cinayət işinin dayandırılmasına razılıq verilib. Son məlumata görə, Lerçek ev dustaqlığından azad edilib.
