“Kızılcık Şerbeti” serialında Çimen obrazını canlandıran Asena Keskinci yeni filminin qala gecəsində geyimi ilə diqqət çəkib.
İsti.press xəbər verir ki, gənc aktrisa yeni filminin qala mərasimində iştirak edib. Onun seçdiyi cəsarətli dekolteli libas gecənin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
Geyimi ilə diqqət çəkən Asena Keskinci libasının anasına məxsus olduğunu bildirib.
“Bu, anamın dizaynıdır. Ümumiyyətlə, onun hazırladığı geyimləri geyinirəm”, – deyə aktrisa bildirib.
Keskinci “Kızılcık Şerbeti” serialında Çimen obrazı ilə yer alması barədə də danışıb. Aktrisa bunun davam edən layihəyə ilk dəfə qoşulması olduğunu söyləyib.
“İlk dəfə davam edən bir işə qoşuldum. Çəkiliş meydançası ailə mühiti kimidir. Mən də ora sanki ailəyə yeni qoşulan biri kimi getdim”, – deyə o qeyd edib.
