Aktrisalığı ilə yanaşı, özünəməxsus tərzi və sosial media paylaşımları ilə də tez-tez gündəmə gələn türkiyəli məşhur Hande Erçel bu dəfə geyimi ilə diqqət çəkib.
İsti.press xəbər verir ki, məşhur aktrisa sosial media hesabında xüsusi dizayn edilmiş qırmızı-bordo və qara rəngli libasla çəkdirdiyi fotolarını paylaşıb.
Mini libası ilə kamera qarşısına keçən Erçelin paylaşımı qısa zamanda izləyicilərinin diqqətini çəkib.
Qeyd edək ki, Hande Erçel “Güneşin Kızları”, “Aşk Laftan Anlamaz”, “Azize” və “Sen Çal Kapımı” kimi məşhur seriallarda rol alaraq geniş tamaşaçı auditoriyasının sevgisini qazanıb.



