Türkiyəli müğənni Gülben Ergen vəsiyyətnaməsi ilə bağlı açıqlaması ilə diqqət çəkib.
İsti.press xəbər verir ki, sənətçi vəsiyyətnaməsini keçmiş həyat yoldaşı, oğullarının atası Mustafa Erdoğana təhvil verəcəyini bildirib.
“Bu şəkil mənim üçün çox dəyərli və mənalıdır. Yəqin ki, hər bir ana üçün belədir. 35 il ərzində fasiləsiz çalışdım. İndi isə elə bir mərhələdəyəm ki, artıq hər şeyi yavaşladıram.
Vəsiyyətnaməmi sağlam və ağlım yerində yazmışam. Onu vəkilimdən əvvəl təhvil verəcəyim yeganə şəxs isə uşaqlarımın atasıdır”, – deyə Gülben Ergen bildirib.
