Paris Moda Həftəsi çərçivəsində “L’Oreal Paris”in illik dəb nümayişi keçirilib.
İsti.press xəbər verir ki, tədbirdə Kendall Cenner, Haydi Klum, Eva Lonqoriya, Kara Delevin, Serenay Sarıkaya və digər məşhurlar podiuma çıxıblar.
Gecənin əsas ulduzu isə “L’Oreal Paris”in səfiri Selin Dion olub. 58 yaşlı müğənni “I’m Alive” mahnısını ifa edib.
