Amerikalı kantri ulduzu Dolli Partonun həyatının son günlərində yaxınlarını yanına buraxmadığı iddia edilib.
İsti.press xəbər verir ki, TMZ-nin məlumatına görə, sənətçi doğmalarının onu zəif və xəstə vəziyyətdə xatırlamasını istəməyib. O, yalnız vizajistinin yanına gəlməsinə icazə verib. Vizajist sənətçiyə makiyaj edib, parikini düzəldib və vida mərasimi üçün də onun makiyajını hazırlayıb.
Məlumata görə, sənətçinin ölümündən qısa müddət əvvəl onu görən yeganə qohumu bacısı oğlu Brayan Siver olub. Digər ailə üzvlərinin onun yanına girməsinə icazə verilməyib.
Qeyd edək ki, “kantri musiqisinin kraliçası” 25 avqustda 80 yaşında qısa müddət davam edən xərçəng xəstəliyindən sonra vəfat edib. Parton xəstəliyini son günlərinə qədər pərəstişkarlarından, hətta bəzi qohumlarından gizlədib.
